Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Xalq Bank II rübün yekunlarını açıqladı - BBN

Xalq Bank II rübün yekunlarını açıqladı

2025-ci ilin II rübünün yekunlarına əsasən, ölkənin ən böyük özəl banklarından biri olan Xalq Bankın aktivləri ötən ilin analoji dövrünün sonu ilə müqayisədə 11.2% artaraq 3,441 mlrd manat təşkil etmişdir.

Qeyd olunan tarixə Bankın kredit portfelinin həcmi (digər maliyyə institutları daxil) 1,908 mlrd manat, depozitlərin həcmi ötən ilin analoji dövrünün sonu ilə müqayisədə 10.2% artaraq 2.4 mlrd manat təşkil etmişdir.

2025-ci ilin II rübünün sonuna Bankın cəmi kapitalı ötən ilin analoji dövrünün sonu ilə müqayisədə 11.5%, yəni 55,0 mln manat artaraq 534,00 mln manat, xalis mənfəəti 26,6 mln manat təşkil etmişdir.

Bankın faiz gəlirləri ötən ilin eyni dövrünün sonu ilə müqayisədə 11,8% artaraq 101,6 mln manata, qeyri-faiz gəlirləri isə 31% artaraq 26,4 mln manata yüksəlib.

 

Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, https://www.xalqbank.az//  rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.

Related posts

ADB Azərbaycanda 2026-cı il üçün inflyasiya proqnozunu yüksəldib

ABA və Mərkəzi Bank nümayəndələri Yaponiyanın Mərkəzi Bankı (BOJ) ilə rəqəmsal maliyyə texnologiyaları üzrə görüşlər keçirib

Yelo Bank-dan biznesini genişləndirmək istəyənlərə özəl fürsət

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı