Xalq Bank növbəti dəfə irihəcmli beynəlxalq sindikat kreditləşməsi sövdələşməsində iştirak edib

16 aprel 2024-cü il tarixdə Xalq Bank Türkiyə Respublikasının Ziraat Bankının 1.7 milyard dollar məbləğində dayanıqlı inkişafın maliyyələşdirilməsi məqsədli iri sindikat kreditləşməsi layihəsində iştirak etmişdir. Həmin vəsaitlər dayanıqlı kənd təsərrüfatını maliyyələşdirmək üçün istifadə ediləcəkdir.

Layihədə 32 ölkədən 72 bank yer almışdır. Xalq Bankın bu layihədə iştirakı banklararası münasibətlərin möhkəmləndirilməsi və Türkiyə Respublikası bankları ilə əməkdaşlığın davamlı inkişafının təmin edilməsi baxımından böyük əhəmiyyət kəsb edir.

Sindikat kreditləşməsi bir borcalana vəsait ayrılması üçün kreditorlar qrupu tərəfindən təklif olunan maliyyələşdirmə alətidir.

Xatırladaq ki, Xalq Bank artıq 3-cü ildir ki, Ziraat Bankın sindikat kreditləşməsi layihələrində uğurla iştirak edir. Öncəki layihələr ətraf mühit, idarəetmə və sosial məsuliyyət prinsiplərinə istinad edən ESG standartlarını əhatə edirdi.

Türkiyə Respublikasının dövlət bankı olan Ziraat Bank 1863-cü ildən fəaliyyət göstərir. Bankın dünya üzrə 17 ölkədə 120 nümayəndəliyi mövcuddur.

2004-cü ildə əsası qoyulmuş Xalq Bank əsas balans göstəricilərinə görə Azərbaycanın özəl bankları sırasında ilk üçlükdə yer alır.

Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, https://www.xalqbank.az rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.

Related posts

Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Növbəti valyuta hərracı keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı