Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Xalq Bank ölkənin investisiya xidmətləri həyata keçirilməsinə lisenziya alan ilk bankı oldu - BBN

Xalq Bank ölkənin investisiya xidmətləri həyata keçirilməsinə lisenziya alan ilk bankı oldu

Azərbaycan Respublikasının Mərkəzi Bankının 7 may 2025-ci il tarixli İXB-01 saylı Lisenziyasına əsasən, ASC “Xalq” Bankı ölkənin investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsinə icazə verilən ilk bankı statusunu qazandı.
Bu mühüm addım ölkənin bank sektorunda yeni bir mərhələnin başlanğıcını qoyur. Bu lisenziya Xalq Banka geniş spektrli maliyyə xidmətləri təqdim etmək imkanı verərək bankın bazardakı mövqeyini daha da gücləndirəcək və fəaliyyətini yeni mərhələyə daşıyacaq. Bununla da müştərilərinə kapital bazarlarında geniş imkanlar açan Xalq Bank onlara qiymətli kağızlarla əməliyyatların aparılması və digər kapital bazarı xidmətlərini bank vasitəsilə həyata keçirmək imkanı qazandıracaq. Səhm və istiqrazlarla əməliyyatların Bankın XalqOnline mobil tətbiqi vasitəsilə rahatlıqla icrası mümkündür.
Xalq Bankın İdarə Heyətinin sədri, Baş icraçı direktor Kamran Məcidov bildirir: “Xalq Bank üçün bu lisenziyanın əldə edilməsi, onun strateji inkişafında mühüm bir mərhələni təmsil edir. Biz müştərilərimizə çeşidli və innovativ bank xidmətləri ilə yanaşı, həm də peşəkar investisiya həlləri təklif edəcəyik. Məqsədimiz – kapital bazarının inkişafına dəstək olmaqla yanaşı, fiziki və hüquqi şəxslərin investisiya imkanlarını genişləndirməkdir. Bu fəaliyyətimiz müştərilərimizə kompleks və etibarlı maliyyə həlləri təklif etməyə imkan verməklə yanaşı, eyni zamanda ölkənin investisiya bazarlarının inkişafına töhfə verəcəkdir.”
Ötən il 20 illiyini qeyd edən və hazırda regionun ən dinamik inkişaf edən və etibarlı maliyyə institutlarından biri olan Xalq Bank müxtəlif alternativ satış kanalları ilə yanaşı, ölkə üzrə 30 filialdan ibarət xidmət şəbəkəsi və peşəkar heyəti ilə fərdi və korporativ müştərilərə müasir və rahat bankçılıq xidmətləri təklif edir. Xalq Bank aktivlərinin, kredit və depozit portfelləri həcminə görə Azərbaycanın ən böyük özəl banklarının üçlüyündədir.
Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, https://www.xalqbank.az// rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.

Related posts

VTB (Azərbaycan) ABA tərəfindən mükafatlandırılıb

PASHA Holding-də yeni təyinat olub

Bank Respublika-nın sosial, təhsil və innovasiya sahəsində layihələri mükafata layiq görülüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı