Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Xalq Bankda Landau məktəbinin şagirdləri üçün maliyyə və bankçılıq üzrə təlim keçirildi - BBN

Xalq Bankda Landau məktəbinin şagirdləri üçün maliyyə və bankçılıq üzrə təlim keçirildi

Xalq Bank gənclərin maliyyə savadlılığının artırılması və bank sektoru ilə yaxından tanış olmaları məqsədilə növbəti maarifləndiricitəşəbbüsünü həyata keçirib. Belə ki, Bankın baş ofisində Landau məktəbinin 9-11-ci sinif şagirdləri üçün xüsusi ekskursiya proqramıtəşkil olunub.

Ekskursiya çərçivəsində şagirdlər bank sektorunun fəaliyyəti, müasirbank məhsulları və rəqəmsal bankçılıq həlləri, əməliyyattəhlükəsizliyi barədə maarifləndirici məlumat əldə ediblər və bumövzular ətrafında onları maraqlandıran suallara cavab alıblar.

Həmçinin şagirdlər üçün interaktiv sessiyalar və praktiki tapşırıqlarvasitəsilə marketinq, reklam və müştəri yönümlü yanaşma kimisahələrdə nəzəri biliklərin tətbiqi nümayiş etdirilib. Eyni zamanda, şagirdlərə Bankın filialında müştəri əməliyyatlarının icrası prosesiəyani olaraq göstərildi.

Xalq Bankın mütəxəssisləri tərəfindən aparılan bu sessiyalargənclərin bank-maliyyə sahəsində ilkin təcrübə qazanmalarına imkanyaratdı. Tədbirin sonunda şagirdlərə iştiraklarına görə sertifikatlar vəhədiyyələr təqdim olundu.

Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən,https://www.xalqbank.az rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkəsəhifələrindən əldə etmək olar.

Related posts

Mərkəzi Bankda Sahibkarlarla Əməkdaşlıq Şurasının iclası keçirilib

Bank of Baku-nun Gəncədə 2-ci filialı – “KOB Gəncə” fəaliyyətə başladı

Unibank Qlobal Pul Həftəsi çərçivəsində məktəblilər üçün tədbir keçirib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı