Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Xalq Bankdan girovsuz biznes krediti - BBN

Xalq Bankdan girovsuz biznes krediti

Xalq Bank yeni kredit kampaniyası ilə biznes fəaliyyəti ilə məşğul olan sahibkarlara daha sərfəli və əlçatan maliyyələşmə imkanları təqdim edir. Belə ki, kampaniya çərçivəsində sahibkar fiziki şəxs və hüquqi şəxslər 50 000 AZN-dək biznes kreditini illik 13 %-lə və 48 ayadək müddətə girov təminatı olmadan əldə edə bilərlər. Kampaniyadan yararlanmaq üçün sahibkarlıq fəaliyyətinin minimum müddəti 12 ay olmalıdır.

Qeyd edək ki, kampaniya müddəti ərzində təminatlı kreditlər 72 ay müddətinə və illik 13 %-dən başlayan faizlərlə təqdim edilir. Həmçinin, 300 000 AZN-dək və 48 ayadək təklif edilən təminatlı kreditlər üzrə daşınmaz əmlakln sığortalanması tətbiq edilmir.

Sərfəli şərtlər sahibkarların dövriyyə vəsaitini artırmasına, eləcə də bizneslərini genişləndirmək üçün əlavə maliyyə dəstəyi əldə etməsinə imkan yaradır.

Qeyd edək ki, kampaniya 30 dekabr 2026-cı ilədək qüvvədədir.

Kampaniyadan yararlanmaq üçün sahibkarlar Xalq Bankın ölkə üzrə bölgələr də daxil olmaqla, 31 filialdan ibarət geniş filial şəbəkəsinə müraciət edə bilərlər.

Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, https://www.xalqbank.az//  rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.

Related posts

Rabitəbankdan lombard krediti üzrə faiz dərəcəsində 4%-dək endirim

Xalq Bank sərfəli şərtlərlə daxili ipoteka krediti təklif edir

Unibankda yeni sədr təyinatı olub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı