Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Xalq Bankdan sərfəli istehlak krediti kampaniyası - BBN

Xalq Bankdan sərfəli istehlak krediti kampaniyası

Xalq Bankda sərfəli kredit kampaniyası davam edir. Kampaniya şərtlərinə əsasən, müştərilər 31 martadək istehlak kreditini müddətdən asılı olmayaraq illik 12%-lə əldə edə bilərlər. Kredit zaminliklə 48 ay müddətinə 35 000 manatadək, təminatsız isə 36 ay müddətinə 20 000 manatadək təklif edilir. Müraciətçi sonuncu iş yerində 12 aylıq iş stajına malik olmalıdır. Kampaniyayla bağlı ətraflı məlumatı buradan https://www.xalqbank.az/az/ferdi/kreditler/istehlak/ əldə edə bilərsiniz.

Kampaniyadan yararlanmaq istəyənlər https://loanorder.xalqbank.az// üzərindən onlayn sifariş edə və ya Xalq Bankın istənilən filialına müraciət edə bilərlər. Xalq Bank müştəriləri isə həm də XalqOnline mobil tətbiqi üzərindən onlayn sifariş yerləşdirə bilərlər.

Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, https://www.xalqbank.az// rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.

Related posts

BOKT “International” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir

Kapital Bank-ın baş ofisindən 51 kq işlənmiş batareya toplandı

AccessBank, AmCham və Neurotime süni intellekt hakatonu təşkil edir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı