Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Xalq Bankdan sahibkarlar üçün girovsuz biznes krediti - BBN

Xalq Bankdan sahibkarlar üçün girovsuz biznes krediti

Xalq Bank yeni kredit kampaniyası kənd təsərrüfatı və digər biznes fəaliyyəti ilə məşğul olan sahibkarlar üçün daha əlçatan maliyyələşmə şərtləri təqdim edir.

Belə ki, kampaniya çərçivəsində sahibkar fiziki şəxs və hüquqi şəxslər 50 000 AZN-dək biznes kreditini 24 ayadək müddətə və girov təminatı olmadan əldə edə bilərlər. Həmçinin, kampaniya müddəti ərzində 300 000 AZN-dək və 48 ayadək təklif edilən təminatlı kreditlər üzrə daşınmaz əmlakın sığortalanması tətbiq edilmir. Bu şərtlər sahibkarlara dövriyyə vəsaitinin artırılması və biznes fəaliyyətinin genişləndirilməsi üçün əlavə maliyyə dəstəyi yaradır.

Qeyd edək ki, kampaniya 31 avqust 2026-cı ilədək qüvvədədir.

Kampaniyadan yararlanmaq üçün sahibkarlar Xalq Bankın ölkə üzrə bölgələr də daxil olmaqla, 30 filialdan ibarət geniş filial şəbəkəsinə müraciət edə bilərlər.

Related posts

“MERKURİ BOKT” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır

Islamic Development Bank ilə Azərbaycan arasında prioritet layihələr müzakirə olunub

Sabah fevral ayının ödənişləri yekunlaşdırılacaq

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı