“Xarı Bülbül” beynəlxalq turniri başlayır

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Gənclər və İdman Nazirliyi Azərbaycan Kiberidman Federasiyası tərəfindən ölkəmizdə kiberidmanın inkişafına dəstək olan “Gaming League Azerbaijan”ın (GLA) təşkilatçılığı ilə “COUNTER STRİKE”: “GLOBAL Offensive” oyunu üzrə “Xarı Bülbül” beynəlxalq turnirinə start verilir.

Yarışda Azərbaycanla yanaşı, Gürcüstan, Ukrayna, Özbəkistan təmsilçiləri də iştirak edəcək.

Turnirdə hər ölkə iki komanda ilə təmsil olunacaq. Yarışa yalnız ölkələrin milli seçmə turnirinin qalibləri qatılacaq.

Tədbirin təşkilatçısı “Gaming League Azerbaijan”ın rəhbəri Adil Mahmudov yarışın əhəmiyyəti barədə danışıb: “Xarı Bülbül bizim 2020-ci ildə son yarışımız olacaq. Bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Xarı Bülbül Qarabağın milli simvoludur. Məhz buna görə yarışa bu ad seçilib. Turnir beynəlxalq çərçivədə təşkil olunur. Azərbaycanla yanaşı, Gürcüstan, Ukrayna və Özbəkistan da turnirdə iştirak edir. Fikrimcə, çox maraqlı mübarizə izləyəcəyik. Son illər kiberidmana dünyada, eləcə də Azərbaycanda olan yüksək maraq bizi sevindirməyə bilməz. Artıq kiberidman gənclərin böyük əksəriyyətinin sevimli məşğuliyyətidir. Yeni ildən kiberidman həvəskarlarını çox maraqlı yarışlar gözləyir”.

Qeyd edək ki, yarış beş gün davam edəcək.

Yarışı aşağıda qeyd olunan hesablardan canlı izləmək mümkündür:

“Twitch”: glahub

“Instagram” ünvanı: Glahub

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı