Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Xaricə səfər edən azərbaycanlıların sayı 4%-ə yaxın azalıb - BBN

Xaricə səfər edən azərbaycanlıların sayı 4%-ə yaxın azalıb

Bu ilin yanvar-mart aylarında xarici ölkələrə 452,6 min nəfər Azərbaycan Respublikası vətəndaşı gedib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,5 faiz azdır.

BBN.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, vətəndaşlarımızın 40,2 faizi Türkiyəyə (ötən ilin eyni dövrü ilə müqayisədə 6,4 faiz çox), 15,6 faizi Rusiya Federasiyasına (4,0 faiz az), 10,2 faizi Gürcüstana (11,0 faiz az), 9,3 faizi İrana (15,8 faiz az), 24,7 faizi isə digər ölkələrə (8,7 faiz az) gedib.

Gedənlərin 66,3 faizini kişilər, 33,7 faizini qadınlar təşkil edib.

Cari ilin I rübündə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının 69 faizi hava, 29 dəmir yolu və avtomobil, 2 faizi isə dəniz nəqliyyatından istifadə edib.

Related posts

Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası sahəsində Qaydalara dəyişikliklər təsdiq edilib

Şəxsin razılığı olmadan onun görüntüsü və səsi ilə süni intellektlə materiallar hazırlamaya görə cəzalar müəyyənləşi

Bir-in də dəstəyi ilə “Azərbaycan Biznes Keys Müsabiqəsi 2026” uğurla başa çatdı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı