Xarici investisiyalı kommersiya hüquqi şəxslərin onlayn qeydiyyatı məsələləri müzakirə olunub

Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “Biznesə daxilolma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair 2022-2023-cü illər üzrə Yol Xəritəsi”ində  nəzərdə tutulan xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin elektron dövlət qeydiyyatı prosesinin təkmilləşdirilməsi ilə bağlı görüləcək işlərlə əlaqədar görüş keçirilib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) keçirilmiş görüşdə Dövlət Vergi Xidməti və adıçəkilən qurumla yanaşı “B.est Solutions” MMC-nin nümayəndələri də iştirak ediblər. Tədbirdə xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin elektron dövlət qeydiyyatı ilə bağlı Yol Xəritəsində nəzərdə tutulan təkmilləşmə imkanları, mümkün texniki həllər və digər məsələlər müzakirə olunub.

Related posts

ARDNF 2024-cü ilin ilk 6 ayı üzrə investisiya fəaliyyətini açıqladı

AZPROMO və Albaniya İnvestisiya Korporasiyası arasında görüş keçirilib

BFB 2024-cü ilin yanvar-iyun ayları üzrə ticarət olunan bazarlar üzrə birja üzvlərinin dövriyyəsini açıqladı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı