Xarici şirkət Azərbaycan bazarından çıxıb

İsveç mərkəzli “Trelleborg Group”un bir qolu olan “Trelleborg Offshore Netherlands B.V.” şirkətinin Azərbaycandakı filialı bağlanıb. Polimer texnologiyaları üzrə ixtisaslaşan şirkət bu barədə özü məlumat yayıb.

Məlumata əsasən, kreditorlar iki ay ərzində tələblərini AZ1025 Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti “Azure Biznes Mərkəzi” küçəsi, ev 15, mənzil ofis 140 ünvanına bildirə bilərlər.

Məlumat üçün qeyd edək ki, 1905-ci ildə yaradılan şirkət 24 minə yaxın işçi heyəti ilə 50-dən çox ölkədə fəaliyyətini davam etdirir.

Related posts

Lənkəran “ASAN xidmət” mərkəzində “Güzəştli mənzil” pəncərəsi fəaliyyətə başladı

Daha 149 mənzil satmaq öhdəliyi ilə kirayə şərtləri ilə vətəndaşlara təqdim edilir

Bakı metrosu ilə sərnişindaşıma 4%-dən çox artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı