Xarici vətəndaşların Azərbaycanda bank kartları ilə ödəmələri açıqlanıb

2023-cü ilin yanvar-iyul aylarında əcnəbilər Azərbaycanda bank kartları vasitəsilə 1.2 milyard manatlıq əməliyyat aparıblar.

BBN.az-ın məlumatına görə bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın avqust sayında bildirilib.

Məlumata görə, bu da illik müqayisədə 7.7% azdır.

Qeyd edək ki, 2022-ci ilin yanvar-iyul aylarında xarici vətəndaşların bank kartları vasitəsilə ölkəmizdə apardıqları əməliyyatların həcmi 1.3 milyard manat təşkil edib.

Təkcə bu ilin iyul ayında isə əcnəbilərin bank kartları vasitəsilə əməliyyatları 2.2% artaraq 218.8 manata yüksəlib.

Related posts

Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Azərbaycan-İsrail enerji əməkdaşlığı müzakirə edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı