Xatirə pul nişanlarının dizayn müsabiqəsi davam edir

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun əzəli torpaqlarımız olan Qarabağın azadlığı uğrunda apardığı və zəfərlə başa vurduğu Vətən Müharibəsinin yaddaşlara həkk olunması, Vətən Müharibəsi qəhrəmanlarının xatirəsinin əbədiləşdirilməsi və düşmən tapdağından azad edilmiş şəhər və rayonlarımızın tarixinin və mədəni irsinin beynəlxalq ictimaiyyətə çatdırılması, eləcə də bu müharibədə daim Azərbaycanın yanında olan qardaş Türkiyə Cümhuriyyəti ilə münasibətlərimizin tərənnüm etdirilməsi məqsədilə xatirə pul nişanlarının dizaynlarının yaradılması ilə bağlı Mərkəzi Bank tərəfindən 29.01.2021-ci il tarixdə elan edilmiş müsabiqə davam edir.

Bildirildiyi kimi müsabiqə aşağıdakı mövzuları əhatə edir:

  1. “Vətən Müharibəsinin qəhrəman əsgəri” mövzusuna həsr olunmuş xatirə sikkəsi;
  2. “Şuşa – Azərbaycanın mədəniyyət və musiqi beşiyidir” mövzusuna həsr olunmuş xatirə sikkəsi;
  3. “Azərbaycanın memarlıq incisi – Xudafərin körpüsü” mövzusuna həsr olunmuş xatirə sikkəsi;
  4. “Ulu Öndər Heydər Əliyev – “Bir millət, iki dövlət” qardaşlıq səlnaməsi” mövzusuna həsr olunmuş xatirə sikkəsi;
  5. Düşmən tapdağından azad olunmuş ərazilərimizin tarixi və mədəni irsi mövzusunda xatirə sikkələri:
  • “Cəbrayıl rayonu”
  • “Füzuli rayonu”
  • “Zəngilan rayonu”
  • “Qubadlı rayonu”
  • “Ağdam rayonu”
  • “Kəlbəcər rayonu”
  • “Laçın rayonu”
  • “Xocavənd rayonu”
  • “Suqovuşan kəndi”

Xatırladırıq ki, müsabiqə 22.02.2021-ci il tarixdə saat 18:00-da başa çatacaqdır. Dizayn eskizləri elektron formatda (e-mail vasitəsilə-Khanim_Dostuzada@cbar.az adresə) və ya kağız daşıyıcıda Mərkəzi Bankın Bakı şəhəri, Rəşid Behbudov küçəsi 90 ünvanında yerləşən əsas inzibati binasına təqdim edilə bilər. Müsabiqə çərçivəsində təqdim olunacaq təkliflərin qiymətləndirilməsi ölkəmizin mədəni, ictimai və sosial həyatında yaxından iştirak edən bir sıra tanınmış elm, mədəniyyət və incəsənət xadimlərinin də daxil olduğu Münsiflər Heyəti tərəfindən həyata keçiriləcəkdir.

Xatirə sikkələri üzrə müsabiqənin qalibi üçün hər mövzu üzrə 1000 manat pul mükafatı müəyyən olunmuşdur.

Bununla əlaqədar bir daha vətəndaşlarımızı müsabiqədə aktiv şəkildə iştiraka dəvət edirik.

Əlaqə: Khanim_Dostuzada@cbar.az tel. 012 4931122 (daxili 264)

Related posts

Energetika naziri Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı