XIX-XXI əsrin əvvəllərində Azərbaycanda bank işinin tarixindən

Avropada bank sistemi, bank işinin tarixi orta əsrlərə gedib çıxsa da Azərbaycanda uzun əsrlər boyu bank müəssisələri olmamış, bu sistemə xas olan bəzi əməliyyatlar sadəcə olaraq sələmçilər tərəfindən yerinə yetirilmişdir. XIX əsrin ilk otuzilliyində Şimali Azərbaycan Rusiya imperiyası tərəfindən işğal edildikdən sonra da bu sahədə vəziyyət yenə də dəyişməmiş olaraq qalırdı. Rusiya müstəmləkə rejiminin ilk onillikləri ərzində buradakı bank əməliyyatları çox məhdud şəkildə bir sıra inzibati orqanların müəyyən strukturları (ilk növbədə də quberniya və vilayət xəzinə palatalarının Xəzinədarlıqları) tərəfindən həyata keçirilmişdi.

Bunlara misal olaraq Şamaxı quberniyası (1846-1859) xəzinə palatasının, Rusiya Dövlət Şurasının 8 aprel 1872-ci il tarixli qərarı ilə yaradılmış Bakı Xəzinə palatasını göstərmək olar.

1872-ci il iyulun 1-dən fəaliyyətə başlamış Bakı Xəzinə palatasını xəzinədarları (Dərbənd, Yelizavetpol, Zaqatala, Quba, Lənkəran, Şamaxı, Şuşa xəzinədarlıqları, habelə Temir xan – şura məxaric şöbəsi; İrəvan və Naxçıvan bölgələri Tiflis xəzinə palatasının fəaliyyət dairəsinə daxil edilmişdi) demək olar ki, bütün Şimali Azərbaycanı əhatə edirdi. 1879-cu il dekabrın 18-də Qafqaz canişininin əmri ilə daha 4 yeni xəzinədarlıq (Göyçay, Cavad, Zəngəzur və Qazax) yaradılmışdı.

Lakin bu xəzinədarlıqların “bankçılıq” fəaliyyəti çox məhdud olduöundan, təbii ki, mövcud tələbatı ödəyə bilmirdi.

BBN.az onlayn banklar və biznes nəşrinin hazırlamış olduğu “XIX-XXI əsrin əvvəllərində Azərbaycanda bank işinin tarixindən” adlı məqalənin ardını aşağıdakı pdf vasitəsilə yükləyə və oxuya bilərsiniz. 

https://bbn.az/wp-content/uploads/2023/04/Bank-sektorunun-tarixi-1.pdf

Related posts

Ekoloji, sosial və korporativ idarəetmə prinsiplərinin komponentləri üzrə qanunvericilikdə hansı güzəştlər nəzərdə tutulur?

ABB “Yaşıl dünya” təşəbbüslərinə dəstək olaraq BMT-nin Qlobal Sazişinə qoşuldu

Zəhra Zümrüt: “İslam maliyyəsi bazarının həcmi 2026-cı ilə qədər 5,9 trilyon ABŞ dollarına çatacaq”

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı