Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin heyəti İsraildə səfərdədir - BBN

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin heyəti İsraildə səfərdədir

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) rəisi general-leytenant İlqar Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti İsraildə işgüzar səfərdədir. Səfər çərçivəsində nümayəndə heyəti İsrailin Milli Kiberdirektorluğu, Milli Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi (CERT), Milli Kibertəhlükəsizlik Əməliyyatları Mərkəzi (Mərkəzi SOC), Milli Rəqəmsal Agentliyinin “Hökumət Kibertəhlükəsizlik Əməliyyatları Mərkəzi”, Energetika Nazirliyinin Milli Laboratoriyasını ziyarət edib. İlqar Musayev adıçəkilən təşkilat rəsmiləri ilə, eləcə də kibertəhlükəsizlik sahəsində Azərbaycanda fəaliyyət göstərən “Prosol” şirkətinin rəhbərliyi ilə birgə İsrailin sahə üzrə aparıcı şirkətlərinin həlləri ilə tanış olublar.

Görüşlərdə İsrail dövlətinin informasiya-kommunikasiya texnologiyaları və informasiya təhlükəsizliyi sahəsində həyata keçirdiyi layihələr, əldə etdiyi elmi-texniki nailiyyətlər barədə nümayəndə heyətinə geniş məlumat verilib, iki ölkə arasında qarşılıqlı əməkdaşlıq istiqamətləri müzakirə edilib.

Xidmət rəisi görüşlərdə İsrail nümayəndələrinə XRİTDX-nin fəaliyyət istiqamətləri və gördüyü işlər barədə məlumat verib.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı