Bakı Fond Birjasında 2024-cü ilin yanvar-aprel ayları ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 11,151,642,109 manat təşkil etmişdir.
Nəticə olaraq, ötən ilin müvafiq dövrü ilə müqayisədə korporativ qiymətli kağızaların ticarət həcmində 20%, dövlət qiymətli kağızların ticarət həcmində isə 79% böyümə qeydə alınmışdır, repo əməliyyatları üzrə 196% artım olmuşdur. O cümlədən, ötən il ilə müqayisədə korporativ qiymətli kağızların repo əməliyyatların bazarı üzrə 86% artım qeydə alınmışdır.
2024-cü ilin Aprel ayının son ticarət günü üzrə səhm bazar kapitalizasiyası 5,768,811,684 manat təşkil etmişdir.