Yanvar-avqust aylarında pensiya ödənişlərinə 3 mlrd. 797 mln. manat vəsait yönəldilib

Cari ilin 8 ayında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 16 faiz (523 mln. manat) çox olmaqla 3 mlrd. 797 mln. manat vəsait yönəldilib.

Pensiyaların artırılması istiqamətində növbəti addımlar olaraq, cari il fevralın 1-dən minimum pensiya 240 manatdan 280 manata çatdırılıb, keçən il pensiyaçılara verilən maddi yardımlar 2023-cü ilin əvvəlindən onların pensiyaları tərkibinə daxil edilərək bu artımdan sonra pensiyalar ötən il üzrə orta aylıq əməkhaqqının illik artım tempinə uyğun şəkildə 14,7 faiz indeksləşdirilməklə artırılıb.

Bu ilin yanvar-avqust aylarında pensiyaların orta aylıq məbləği 18 faiz artaraq 435 manata, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləği 17 faiz artaraq 466 manata çatıb.

Qeyd olunan dövrdə 21,1 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən 92,5 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada aparılıb.

Related posts

Lənkəran “ASAN xidmət” mərkəzində “Güzəştli mənzil” pəncərəsi fəaliyyətə başladı

Daha 149 mənzil satmaq öhdəliyi ilə kirayə şərtləri ilə vətəndaşlara təqdim edilir

DSMF-nin xərcləri 13,6% artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı