Yanvar ayında sosial təminat üzrə əhaliyə ötən ilin eyni dövrünə nisbətən 51,8 milyon manat çox olmaqla 486,9 milyon manat vəsait ödənilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən yanvar ayında ümumilikdə 2,3 milyon şəxsə pensiya, müavinət, təqaüd, ünvanlı sosial yardım verilib.

Həmin sosial təminat növləri üzrə əhaliyə ötən ilin eyni dövrünə nisbətən 11,9% və ya 51,8 milyon manat çox olmaqla  486,9 milyon manat vəsait ödənilib.

Onu da bildirək ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən cari ilin əvvəlindən pensiyaların ötən ilin orta aylıq əməkhaqqının illik artım tempinə uyğun şəkildə 11,4 % indeksləşdirilərək artırılması təmin edilib.

Related posts

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

DOST RİM Böyük Britaniyada yerləşən “Corporate Vision” təşkilatının keçirdiyi müsabiqədə mükafata layiq görülüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı