Yanvar-fevral aylarında əlilliyi olan şəxslərə 20,8 min reabilitasiya vasitəsi verilib

2 ayın sosial göstəriciləri

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin yanvar-fevral aylarında əlilliyi olan şəxslərə 20,8 min reabilitasiya vasitəsi verilib.

Onlardan 2159-u təkərli oturacaq, 399-u aşağı və yuxarı ətraf protezi, 507-si qoltuqaltı və dirsəkaltı ağac, 423-ü eşitmə aparatı olub. Həmçinin əlilliyi olan şəxslərə 560 cüt protez ayaqqabı, 927 cüt ortopedik ayaqqabı, 13 korset və s. reabilitasiya vasitələri təqdim olunub.

Cari ilin 2 ayı ərzində ümumilikdə 3,1 min nəfər əlilliyi olan şəxs reabilitasiya vasitəsi ilə təmin edilib.

Related posts

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Lənkəran “ASAN xidmət” mərkəzində “Güzəştli mənzil” pəncərəsi fəaliyyətə başladı

Daha 149 mənzil satmaq öhdəliyi ilə kirayə şərtləri ilə vətəndaşlara təqdim edilir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı