Yanvar-fevral aylarında Ümumi Daxili Məhsul istehsalı azalıb

2021-ci ilin yanvar-fevral aylarında ölkədə 12019,0 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,2 faiz az ümumi daxili məhsul istehsal olunmuşdur.

İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 7,5 faiz, qeyri neft-qaz sektorunda isə 0,4 faiz azalmışdır.

ÜDM istehsalının 41,2 faizi sənaye, 10,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,7 faizi tikinti, 3,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,0 faizi informasiya və rabitə, 0,7 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 19,9 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 9,6 faizini təşkil etmişdir.

Əhalinin hər nəfərinə düşən ÜDM 1201,6 manata bərabər olmuşdur.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı