Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Yanvar-iyul aylarında istehlakçılara 108,6 milyon manatlıq ƏDV geri qaytarılıb - BBN

Yanvar-iyul aylarında istehlakçılara 108,6 milyon manatlıq ƏDV geri qaytarılıb

2025-ci ilin ilk yeddi ayı ərzində Azərbaycanda pərakəndə ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan obyektlərdən alınan mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), eləcə də tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərin göstərdiyi tibbi xidmətlərə görə ödənilmiş əlavə dəyər vergisinin (ƏDV) təxminən 108,6 milyon manatlıq hissəsi fiziki şəxs olan istehlakçılara geri ödənilib.

BBN.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Bununla yanaşı, hesabat dövründə xarici vətəndaşlara ölkədə şəxsi istifadə üçün aldıqları mallara görə “tax free” sistemi çərçivəsində geri qaytarılan ƏDV-nin məbləği 5 milyon 874 min manat olub.

Related posts

Azərbaycan neftinin qiyməti 72 dolları ötüb

“Onlayn Azərbaycan” layihəsi uğurla tamamlanıb

Azərbaycan və ABŞ süni intellekt sahəsində əməkdaşlıq edəcək

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı