Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Yanvar–noyabr aylarında istehlak qiymətləri 5,7% artıb - BBN

Yanvar–noyabr aylarında istehlak qiymətləri 5,7% artıb

Bu ilin yanvar–noyabr aylarında Azərbaycanda istehlak qiymətləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,7% yüksəlib. Dövlət Statistika Komitəsinin məlumatına görə, qida məhsulları, içkilər və tütün məmulatlarında artım 6,9%, qeyri-qida məhsullarında 2,6%, ödənişli xidmətlərdə isə 6,6% təşkil edib.

Noyabr ayında istehlak qiymətləri 2024-cü ilin oktyabr ayına nisbətən 5,5%, əvvəlki aya nisbətən isə 0,3% artıb. Qida məhsulları üzrə aylıq artım 0,4% olub.

Noyabrda daha çox bahalaşma qarabaşaq yarması, ət konservləri, balıq məhsulları, süd, yumurta, armud, üzüm, qoz-fındıq, şabalıd, bir sıra tərəvəzlər (xiyar, pomidor, şirin bibər, badımcan, soğan, kartof) və çay məhsullarında müşahidə edilib. Ucuzlaşma isə makaron, sitrus meyvələri (limon, portağal, naringi), alma, heyva, nar, xurma, kivi, ağ kələm, göyərti, balqabaq, lobya və bir neçə digər məhsullarda qeydə alınıb.

Noyabr ayında qeyri-qida məhsullarının qiymətləri əvvəlki aya nisbətən 0,2% artıb. Artım şəxsi gigiyena və zərgərlik məmulatlarında, azalma isə bəzi məişət cihazlarında müşahidə olunub.

Əhaliyə göstərilən ödənişli xidmətlər üzrə qiymətlər ay ərzində 0,3% yüksəlib. Artım tibb, mərkəzləşdirilmiş istilik və bərbərxana xidmətlərində, azalma isə beynəlxalq hava nəqliyyatı xidmətlərində qeydə alınıb.

Related posts

ING Group Azərbaycanda inflyasiya üzrə proqnozlarını yeniləyib

PAŞA Bank 8 Mart münasibətilə premium Miles&Smiles kartlarına 50% endirim elan edir

Azərbaycan Respublikasının Mərkəzi Bankının 252 günlük Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı