Yanvar-oktyabr aylarında sosial müavinətlər üzrə 25 faiz çox olmaqla 831 mln. manat, Prezident təqaüdləri üzrə 20 faiz çox olmaqla 537 mln. manat ödənilib

Bu ilin 10 ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən 474 min nəfərə sosial müavinət, 376 min nəfərə Prezidentin aylıq təqaüdü ödənilib.

Həmin dövrdə əhaliyə sosial müavinətlər üzrə ötən ilin müvafiq dövrünə nisbətən 25 faiz çox olmaqla 831 mln. manat, Prezident təqaüdləri üzrə 20 faiz çox olmaqla 537 mln. manat ödənilib.

Yanvar-oktyabr aylarında 114 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən 544 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

Related posts

Lənkəran “ASAN xidmət” mərkəzində “Güzəştli mənzil” pəncərəsi fəaliyyətə başladı

Birinci yarımildə Energetika Nazirliyi və tabeli qurumlara 4167 müraciət daxil olub

Naxçıvanda kommersiya qurumlarının 61,3 faizi elektron qaydada qeydiyyata alınıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı