Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir? - BBN

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda kreditlərin sığortası üzrə yığımların məbləği 4 milyon 781 min manat təşkil edib.

Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 18 min manat və ya 0,4% azdır.

Sığorta ödənişlərinin məbləği isə illik müqayisədə 17,9% azalaraq 57 min manata enib.

BBN.az xəbər verir ki, ölkəmizdə kredit sığortası marağın az olduğu sığorta növlərindən biridir. Bunun səbəbləri ilə bağlı  sığorta eksperti Şahin İsmayılov  açıqlama verib.

“Kredit sığortası bazarı hal-hazırda inkişaf mərhələsindədir. Lakin hələ tam inkişaf etməyib. Mərkəzi Bankın 2024-2026 strategiyası sığorta sektorunun, o cümlədən kredit sığortasının genişləndirilməsini prioritet hesab edir. Bank kreditlərinin artması ilə paralel olaraq, kredit sığortasına maraq da yüksəlir. Bu həm bankların risklərini azaldır, həm də müştərilərin ödəniş qabiliyyətini yüksəldir”.

Ekspert bildirib ki, əgər statistika kredit sığortası bazarında kiçilmə tendensiyası göstərirsə, deməli baklardan kredit götürənlərin sayı azalıb. Kredit götürənlərin sayının azalması isə artıq əhalinin kreditə marağının azalması səbəbindən baş verə bilər.

Həmçinin əlavə edək ki, kredit götürən şəxsin sığortadan imtina etməsinin əsas səbəblərindən biri əlavə xərcdən qaçmaq istəyidir. Çünki kredit götürən zaman vətəndaşların əksəriyyəti gələcəyi deyil, yalnız bu günü düşünür. Sabah qəfil bir hadisə ilə ölmək ehtimalı çox vaxt diqqətdən kənarda qalır. Belə hallarda isə yaranan maddi yük övladların üzərinə düşə bilər. İndiki dövrdə bu kimi halların qarşısını almaq üçün sığorta vacibdir.

banco.az

Related posts

Banklar əhaliyə 118 mln. manat depozit faizi ödəyiblər

Azərbaycanda yanvarda dövlət xətti ilə 17 milyon manatdan çox ipoteka krediti verilib

Azərbaycanda problemli kreditlərin məbləği 17 %-dən çox artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı