Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
«Yapı Kredi Bank Azərbaycan» QSC 2021-ci ildə kredit və depozit portfelini artırıb - BBN

«Yapı Kredi Bank Azərbaycan» QSC 2021-ci ildə kredit və depozit portfelini artırıb

2021-ci ilin dördüncü rübündə “Yapı Kredi Bank Azərbaycan” QSC müştərilərə verilən kreditlərin ümumi həcmini 17% artırmışdır ki, xüsusilə biznes kreditlərində 22 % artımı qeyd emək olar. Belə ki, korporativ müştərilərə verilən kredit portfelinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə artaraq 2021-ci ilin sonunda 117 milyon manata çatmışdır və həmin portfelin iqtisadi sahələr üzrə strukturunda qeyri-neft sektoru üstünlük təşkil edir. 

Bankın ümumilikdə cəlb etdiyi depozit portfeli 285 milyon manat təşkil edib. Fiziki və hüquqi şəxslərin tələbli depozitlərinin həcmində ötən ilin müvafiq dövri ilə müqayisədə 15% artım müşahidə olunmuşdur. 

2021-ci ilin nəticələrinə görə hazırda bankın tutulmalardan sonra məcmu kapitalı 74.3 milyon manat təşkil edir və mövcud qanunvericiliyə əsasən minimum məcmu kapital norması 50 milyon manatdır. .

Bankın aktivləri 2021-ci il ərzində artaraq 395 milyon manat olmuşdur. 2021-ci ilin dördüncü rübündə I dərəcəli kapitalın  adekvatlıq əmsalı 33%-ə, məcmu kapitalının adekvatlıq əmsalı isə 34%-ə çatmışdır. Nəticə etibarilə, bankın kapital adekvatlığı göstəriciləri tənzimləyici orqanın müəyyən etdiyi normalardan əhəmiyyətli dərəcədə yüksək olmuşdur. Qeyd edək ki, Mərkəzi Bankın tələblərinə görə məcmu kapitalın adekvatlılıq əmsalı minimum 10% olmalıdır.

 “Yapı Kredi Bank Azərbaycan” Avropanın bir çox ölkəsində fəaliyyət göstərən bankçılıq qrupunun üzvüdür. Əsas səhmdarları Koç Holding (Türkiyə) olan bank, Azərbaycanda Bakı və Sumqayıt şəhərlərində yerləşən filialları, 7/24 xidmət göstərən Telefon Mərkəzi (*0444) və İnternet/Mobil Bankçılıq məhsulları ilə müştərilərə geniş çeşiddə xidmət verməkdədir.

Related posts

AccessBank QSC salfet təchizatı üzrə tenderi elan edir

Bir-in də dəstəyi ilə “Azərbaycan Biznes Keys Müsabiqəsi 2026” uğurla başa çatdı

Bu bank pulunuza illik 12% gəlir təklif edir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı