“Yapı Kredi Bank Azərbaycan” QSC tibbi siğorta xidmətinin təşkili üçün açıq tender elan edir

“Yapı Kredi Bank Azərbaycan” QSC əməkdaşlarına və onların ailə üzvlərinə tibbi siğorta xidmətinin təşkili üçün açıq tender elan edir.

Tenderə müraciət edilməsi üçün şirkətlər aşağıdakı şərtlərə uyğun gəlməli və qeyd edilən sənədləri qapalı zərfdə “Yapı Kredi Bank Azərbaycan” QSC-nin Baş ofisinə (Ünvan: Bakı şəhəri, Cəlil Məmmədquluzadə küçəsi, 73G) Satınalma şöbəsinə təqdim etmələri xahiş olunur.

1.      Tenderə müraciət edən şirkətin rəsmi sənədləri (Dövlət reyestrindən çıxarış,VÖEN və s.);

2.      Tibbi siğorta xidmətində ən az 3 il təcrübə;

3.      Əməkdaşlıq edilən şirkətlərin adları (tövsiyyə məktubu arzu ediləndir);

4.      Tibbi siğorta xidmətinin göstərilməsinə dair sertifikatlar və lisenziyalar;

5.      1 nəfər üçün tibbi siğorta məbləği və siğorta haqqı (ƏDV daxil və ya xaric göstərilməsi şərti ilə);

6.      Tələb olunan tibbi siğorta proqramı haqqında məlumat BURADAN (https://www.yapikredi.com.az/Files/tst.pdf ) əldə edə bilərsiniz.

Son müraciət tarixi: 20 İyul 2021 – ci il

Related posts

Azərbaycanda kredit portfelinin 70 faizdən çoxu kommersiya banklarının payına düşür

Qırmızı Ürəklər Fondu 5 il ərzində minlərlə insanın həyatına toxundu

“Unibank”ın İdarə Heyətinə yeni təyinat olub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı