Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Yapı Kredi Bank Azərbaycan yeni mobil tətbiqini istifadəyə verdi! - BBN

Yapı Kredi Bank Azərbaycan yeni mobil tətbiqini istifadəyə verdi!

Yapı Kredi Bank Azərbaycan müştərilərinə daha rahat və müasir rəqəmsal bankçılıq təcrübəsi təqdim etmək məqsədilə yeni mobil tətbiqini istifadəyə verib.

Yenilənmiş mobil tətbiq müasir dizaynı, sadələşdirilmiş interfeysi və təkmilləşdirilmiş funksionallığı ilə seçilir. Tətbiq vasitəsilə istifadəçilər hesab və kartlarını idarə edə, köçürmə və ödəniş əməliyyatlarını həyata keçirə, həmçinin bankın məhsul və xidmətlərindən daha rahat yararlana bilərlər.

30 iyun tarixindən etibarən bankın mövcud mobil tətbiqinin istifadəsi dayandırılacaqdır. Müştərilər bank xidmətlərindən fasiləsiz istifadə etmək üçün yeni mobil tətbiqi App Store və Google Play platformalarından yükləyərək qeydiyyatdan keçə bilərlər. https://www.yapikredi.com.az/mobile

Əsas səhmdarı Türkiyənin Yapı Kredi A.Ş. bankı olan Yapı Kredi Bank Azərbaycan QSC Bakı və Sumqayıt şəhərlərində yerləşən filialları, 7/24 xidmət göstərən Telefon Mərkəzi (*0444) və İnternet/Mobil Bankçılıq məhsulları ilə müştərilərə geniş çeşiddə xidmət göstərir.

Related posts

Bank of Baku-dan növbəti aksiya: sahilyanı ərazilər təmizləndi

Bir və Xəzər Universiteti gələcəyin peşəkarları üçün güclərini birləşdirir

FED sədri Kevin Warşdan sərt mesaj: “İnflyasiya hədəfindən kənara çıxmayacağıq!

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı