“Yapı Kredi Bank Azərbaycan”dan aztəminatlı ailələrə öz biznesini qurmaq üçün növbəti dəstək

“Yapı Kredi Bank Azərbaycan” yeni iş yerlərinin yaradılmasına dəstək olmaq məqsədi ilə dekabr ayında 5 aztəminatlı ailəyə müxtəlif sahələrdə öz biznesini qurmaq üçün lazımi dəstəyi göstərmişdir.

Hüseynova Şahidə, Əzizova Natəvan və Qurbanova Bənövşə uzun illərdir məşğul olduqları dərzilik sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyirdilər. Dekabrın 17 və 18-də “Yapı Kredi Bank Azərbaycan” onların arzusunu reallaşdıraraq öz dərzi atelyelərini qurmaları üçün lazım olan bütün avadanlıqları təqdim etmişdir.

Un məmulatları sexi qurmaq istəyən Abbasova Zenfiraya bu sahədə tam fəaliyyət göstərməsi üçün lazım olan bütün texniki avadanlıqlarla təmin edilmişdir.

 Kamilov Qüdrət isə özünə məxsus həyatyanı sahədə broyler sexi qurması üçün texniki təchizata ehtiyacı olduğunu bildirmişdir.  Onun bu sahibkarlıq təşəbbüsünü həyata keçirmək üçün “Yapı Kredi Bank Azərbayca”n lazım olan bütün avadanlıqları alaraq, ona təqdim etmişdir.

“Yapı Kredi Bank Azərbaycan”  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında aztəminatlı əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi sahəsində əməkdaşlığa dair imzalanmış Memoranduma qoşularaq may ayından etibarən onlarla aztəminatlı ailənin öz işini qurması üçün bütün lazımlı avadanlıqlarla təmin etmişdir. Sosial məsuliyyət layihələrini xüsusi önəm verən bank növbəti aylarda daha bir neçə aztəminatlı ailənin kiçik biznes təşəbbüsünün reallaşmasına töhvə verəcəkdir. 

Bankın məhsul və xidmətləri barədə məlumatı bankın  filiallarından, www.yapikredi.com.az internet adresindən, *0444 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Related posts

AccessBank Naxçıvan MR İqtisadiyyat Nazirliyi və AYİB-in dəstəyi ilə Naxçıvanda sahibkarlara dəstək mövzusunda konfrans təşkil edib

Mərkəzi Bankın rəhbərliyi və kollektivi Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər – Foto

İngiltərə Mərkəzi Bankı faiz dərəcəsini dəyişmədi

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı