“Yapı Kredi Bankası Türkiye – pandemiya dövründə müştəri təcrübəsi və xidmət modeli” adlı vebinar keçirilib

18 iyun 2020-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı və “Yapı Kredi Bank Azərbaycan” QSC-nin dəstəyi ilə ABA-ya üzv bankların nümayəndələri üçün vebinar keçirilib.

“Yapı Kredi Bankası Türkiye – pandemiya dövründə müştəri təcrübəsi və xidmət modeli” adlı vebinarda “Yapı Kredi Bankası”nın Rəqəmsal Bankçılıq üzrə Marketinq rəhbəri Esra Sennaroğlu təqdimatla çıxış edib. Həmçinin bankın marketinq departamentinin nümayəndələri Özge Panayırcı və Miray Soydan da mövzu üzrə fikir bildirərək, sualları cavablandırıb.

Təqdimat zamanı aşağıdakı mövzular müzakirə edilib:

  • pandemiya dövründə bank xidmət modeli hansı istiqamətdə dəyişdi;
  • rəqəmsal kanallardan müştərilərlə necə əlaqə quruldu;
  • hansı datalar analiz edildi;
  • hansı əlavə xidmətlər göstərildi;
  • pandemiyadan sonra müştəri təcrübəsi necə olacaq;
  • ümumilikdə bankları nələr gözləyir.

Maraqla qarşılanan vebinarda 70 nəfər bank nümayəndəsi iştirak edib. Aktiv keçən vebinar zamanı pandemiyadan əvvəl və pandemiya dövründəki müxtəlif sahələr üzrə datalar rəqəmlərlə müqayisə edilib, müştəri davranışlarıın necə dəyişdiyi göstərilib, həmçinin Türkiyə banklarında pandemiya ilə əlaqədar hansı qərarların qəbul edildiyi və s. mövzular üzrə müzakirələr aparılıb.

Related posts

Xalq Bankdan Visa Infinite kartını 50% endirimlə əldə edin

Birbank taksit kartı sahiblərinə Trendyol ödənişlərində hissəli ödəmə imkanı

Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı