Yapon yeni dollar qarşısında zəifləyərək 150-ni keçib, bu isə 1990-cı ilin avqustundan bəri görülməyən psixoloji səviyyə hesab edilir.
BBN.az CNBC Business-ə istinadən xəbər verir ki, Yaponiya Mərkəzi Bankının 2 günlük iclası isə növbəti həftəyə planlaşdırılıb. Qanunu ərsəyə gətirənlər isə məzənnənin daha da zəifləməsinin qarşısını almaq üçün faiz dərəcələrini artıracaqlar.
Bu gün Reuters isə ölkənin Maliyyə naziri Shunichi Suzuki-nin sözlərinə istinadən yazır ki, hökumət məzənnədə əlavə dəyişikliyin qarşısını almaq üçün müvafiq addımlar atacaq.
Qeyd edək ki, sonuncu dəfə 1990-cı ilin aprelində yenin məzənnəsi dollar qarşısında 159.8, 1986-cı ilin dekabrında isə 160 olub.