Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Yapon yeni dollar qarşısında son 24 ilin ən aşağı səviyyəsinə enib - BBN

Yapon yeni dollar qarşısında son 24 ilin ən aşağı səviyyəsinə enib

Yapon yeni ABŞ dolları qarşısında son 24 ilin, yəni 1998-ci ilin avqustundan bəri ən aşağı səviyyəsinə enib.

BBN.az BBC Business-ə istinadən xəbər verir ki, bu isə hökuməti təcili tədbirlər görməyə sövq edib.

Dolların bahalaşmasına səbəb isə, dünyanın ən güclü iqtisadiyyatına malik olan ABŞ-ın əmək bazarının özünü bərpa etdiyinə dair məlumatların yayımlanması olub. Cümə axşamı günü 1 ABŞ dollarının məzənnəsi özünün psixoloji səviyyəsinə çatıb və 140 Yapon yeninə dəyişdirilib.

Lakin dollar qarşısında dəyər itirən tək valyuta yapon yeni deyil, belə ki, Britaniya funt sterlinqi 2016-cı ilin oktyabrından bəri ilk dəfə dollar qarşısında 5% dəyər itirib.

Related posts

Mərkəzi Bankının valyuta məzənnələri (22.04.2026)

Qlobal Bazarlarda “Atəşkəs” Səssizliyi: Dollar Sabit Qalıb, Yen isə Təzyiq Altındadır

Yaponiya və ABŞ-dan “valyuta” razılığı: Yen-in taleyi diqqət mərkəzində!

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı