Yaponiyalı investorla əməkdaşlıq imkanları müzakirə edilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov “Oğuz Aqro İndustry” MMC-nin yaponiyalı investoru Muneçika Tanio və müəssisənin direktor müavini Namiq Ələsgərovla görüşüb.

Görüşdə “Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017–2021-ci illər üçün Dövlət Proqramı” çərçivəsində Oğuz rayonunun Sincan kəndində yaradılmış tütünçülük təsərrüfatının cari fəaliyyəti, istehsal imkanlarının genişləndirilməsi və ölkəmizin digər rayonlarında bu istiqamətdə fəaliyyət göstərməsi üçün lazım olan əlavə dövlət dəstəyi tədbirləri müzakirə edilib.

Həmçinin, görüşdə M.Tanio ölkəmizdə əlverişli biznes və investisiya mühitinin olduğunu vurğulayaraq, Yaponiya investorları tərəfindən Azərbaycanda turizm, kənd təsərrüfatı, sənaye, əczaçılıq və digər sahələrə marağın olduğunu qeyd edib, gələcəkdə yaponiyalı iş adamlarının ölkəmizə biznes missiyalarının təşkilinə və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

Related posts

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

DOST RİM Böyük Britaniyada yerləşən “Corporate Vision” təşkilatının keçirdiyi müsabiqədə mükafata layiq görülüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı