Yaşıl istiqrazlar və dayanıqlı maliyyələşmə mövzusunda tədbir keçirilmişdir

Mərkəzi Bank tərəfindən kapital bazarının inkişafına dair starteji planda müəyyən edilmiş hədəflərin icrası üzrə davamlı tədbirlər həyata keçirilməkdədir. Növbəti tədbir kimi 14 noyabr 2022-ci il tarixində Mərkəzi Bank və Dünya Bankı tərəfindən yaşıl istiqrazlar və dayanıqlı maliyyələşmə mövzusunda tədbir keçirilmişdir.

Tədbirdə Dünya Bankının ekspertləri tərəfindən yaşıl istiqrazlar üzrə qlobal trendlər, əsas drayverlər və qabaqcıl ölkə təcrübələri, o cümlədən dayanıqlı maliyyələşmə sahəsində müasir yanaşmalar, maliyyə sektorunun bu sahədə rolu və məsuliyyəti, istifadə olunan alətlərlə bağlı təqdimatlar edilmişdir. Həmçinin tədbirdə dayanıqlı maliyyələşmə və yaşıl istiqrazlar üzrə təşəbbüslərin ölkəmizdə tətbiqi imkanları üzrə fikir mübadiləsi təşkil edilmişdir.

Tədbirdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin və digər dövlət orqanlarının, o cümlədən Bakı Fond Birjası, Milli Depozit Mərkəzi, həmçinin investisiya şirkətlərinin və bankların nümayəndələri iştirak etmişdir.

İnteraktiv seminar formasında təşkil edilən tədbirdə iştirakçıların dayanıqlı maliyyələşmə və yaşıl istiqrazlar üzrə sualları ekspertlər tərəfindən cavablandırılmışdır.

Related posts

Xalq Bankdan Visa Infinite kartını 50% endirimlə əldə edin

Birbank taksit kartı sahiblərinə Trendyol ödənişlərində hissəli ödəmə imkanı

Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı