Yaxın Şərq və Körfəz ölkələrinə ixracla məşğul olan şirkətlərlə müzakirələr aparılıb

Dövlət qurumlarının və ixracatçı şirkətlərin iştirakı ilə keçirilən görüşdə Yaxın Şərq və Körfəz ölkələrinə ixracla bağlı iş adamlarının çətinlikləri və təklifləri dinlənilib, ixrac prosedurlarına dair fikir mübadiləsi aparılıb. 

Yaxın Şərq və Körfəz ölkələrinə heyvan mənşəli və digər məhsulların ixracına dair aidiyyəti dövlət qurumlarının və ixracatçı şirkətlərin iştirakı ilə görüş keçirilib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə onlayn formatda keçirilən görüşdə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin, KOBİA-nın, Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndələri, Yaxın Şərq və Körfəz ölkələrinə ixracla məşğul olan, eləcə də bu ölkələrə ət, meyvə-tərəvəz, xurma, şokolad və s. məhsulların ixracına maraq göstərən iş adamları iştirak ediblər.

Görüşdə ixracatçı şirkətlərin qarşılaşdıqları çətinliklər, ehtiyacları və təklifləri dinlənilib, mövcud ixrac prosedurlarına dair fikir mübadiləsi aparılıb.

Related posts

Taxıl sahələrinin 85 faizində biçin başa çatıb

Azərbaycanın IV Könüllü Milli Hesabatı BMT-yə təqdim edilib

İsraillə iqtisadi əlaqələr müzakirə olunub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı