Yelo App ilə xarici bank kartlarına pul köçürün

Yelo Bank-dan müştərilərə sevindirici xəbər! Beynəlxalq pulköçürmə xidməti olan Visa Direct artıq Yelo mobil tətbiqində aktivdir. Bundan sonra tətbiqdə kartdan-karta əməliyyatı ilə 200-dən çox xarici ölkəyə pul köçürmək mümkündür. 

Visa Direct funksionallığı necə işləyir? Yelo mobil tətbiqində qeydiyyatdan keçmiş müştərilər pul köçürmək istədikləri xarici bank kartının 16 rəqəmini və kart sahibinin məlumatlarını daxil etməlidir. Xidmət olduqca sadə və təhlükəsizdir, günün istənilən saatı istifadə etmək mümkündür. Vəsait dərhal qarşı tərəfin hesabına oturur. Qeyd edək ki, Visa Direct xidmətindən yalnız Yelo Visa kart sahibləri faydalana biləcək. Tariflərlə tanış olmaq üçün: https://bit.ly/yltrfr

Yelo App bu yeniliklə yanaşı, sizə bir sıra bank xidmətlərini onlayn həyata keçirməyə imkan yaradır. Bu mobil tətbiqdə tam onlayn kredit və kart sifariş edə, kartdan-karta, eləcə də mobil nömrə üzərindən köçürmələr apara, xərc və gəlirlərinizə nəzarət edə və ƏDV geri ala bilərsiniz. Əlavə olaraq Cashback menyusunda Yelo kartla qazanılmış cashback-ləri izləmək, nağdlaşdırmaq, aktiv təkliflərdən xəbərdar olmaq mümkündür. Yelo mobil tətbiqi yükləmək üçün: https://bit.ly/ylmbltb


Bank xidmətləri, həmçinin, pul krediti haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram  və ya Whatsapp hesablarımıza yazın.

Yelo Bank – Parlaq bankçılıq!

Related posts

Xalq Bankdan Visa Infinite kartını 50% endirimlə əldə edin

Birbank taksit kartı sahiblərinə Trendyol ödənişlərində hissəli ödəmə imkanı

Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı