Yelo Bank əməkdaşları üçün təşkil edilmiş liderlik proqramı başa çatdı!

Yelo Bank ardıcıl ikinci ildir ki, ADA Universitetinin İxtisasartırma Proqramının təşkil etdiyi “Liderlik Bacarıqlarının İnkişafı” proqramında iştirak edir. Builki proqrama Bank-da menecer vəzifələrini icra edən 25 əməkdaş qoşulub.

Proqramın bir-birindən maraqlı 7 modulu müasir iş mühitində lazım olan əsas keyfiyyətləri — sürətli düşüncə tərzi, uğurlu liderə xas ünsiyyət və etika qaydaları, dəyişikliyin və komandanın idarəedilməsi mövzularını əhatələyib.

İnteraktiv formatda keçirilən proqramda iştirakçılar təqdimatlar, beyin fırtınası, keys çalışmaları, praktiki tapşırıqlar, qrup işləri və simulyasiyalar vasitəsilə öyrəndiklərini tətbiq etmək şansı qazanıblar.

Yelo Bank bu proqrama qoşulmaqla yalnız menecerlərinin fərdi inkişafına deyil, həm də ümumi komandanın uğurlarına fokuslanıb. Belə ki, Bank bu təşəbbüs vasitəsilə komandanın potensialını maksimum səviyyəyə çatdırmağı və öz işində parlaq nəticələr qazanmağını hədəfləyir.

Bank xidmətləri, o cümlədən mikro kredit haqqında əlavə suallarınız var? O zaman 981 nömrəsinə zəng edin və ya FacebookInstagram Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.

Related posts

Polşa Banklar Assosiasiyası və Azərbaycan Banklar Assosiasiyası arasında Memorandum imzalanmışdır

ABB Biz-də qeydiyyatdan keçib Mobil POS istifadə et, kiçik biznes üçün 9%-lə kredit al!

ABFTC “Bank əməkdaşları üçün “Sığorta Agenti” Attestasiyasına Hazırlıq Təlimləri” təşkil ediləcəkdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı