Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“Yelo Bank” Aİ-nin sanksiya siyahısından çıxarılıb - BBN

“Yelo Bank” Aİ-nin sanksiya siyahısından çıxarılıb

“Yelo Bank” ASC Avropa İttifaqına üzv ölkələrin yekdil qərarı əsasında sanksiya siyahısından rəsmi şəkildə çıxarılıb.

BBN.az xəbər verir ki, bankla bağlı sanksiya məsələsinə yenidən baxılması prosesi Avropa Komissiyası tərəfindən qısa müddət ərzində uğurla yekunlaşdırılıb.

100% yerli kapital əsasında fəaliyyət göstərən “Yelo Bank” açıqlamasında bildirib ki, fəaliyyətini Azərbaycan qanunvericiliyinə və beynəlxalq standartlara uyğun şəkildə qurur. Bank bundan sonra da beynəlxalq tələblərə uyğun olaraq daxili proseslərini davamlı şəkildə təkmilləşdirəcəyini qeyd edib.

Bank bu müddət ərzində göstərdikləri etimad və loyallığa görə müştərilərinə və tərəfdaşlarına təşəkkür edib. Bildirilib ki, müştərilərin dəstəyi prosesin uğurla başa çatdırılmasında mühüm rol oynayıb.

Qeyd olunub ki, sözügedən dövrdə mövcud müştəri bazasının loyallığı qorunub, eyni zamanda bankın müştərilərinin sayında nəzərəçarpacaq artım qeydə alınıb. “Yelo Bank” yüksək likvidliyini və güclü kapital mövqeyini saxlayaraq öhdəliklərini vaxtında və fasiləsiz şəkildə yerinə yetirib.

Hazırda bankın bəzi xidmətlərində yaranmış məhdudiyyətlərin aradan qaldırılması və xidmətlərin tam bərpası istiqamətində işlər davam etdirilir. Bankın məlumatına görə, bu proseslə bağlı bütün yeniliklər müştərilərə rəsmi kommunikasiya kanalları vasitəsilə operativ şəkildə çatdırılacaq.

“Yelo Bank” bundan sonra da “parlaq bankçılıq” fəlsəfəsinə uyğun fəaliyyət göstərərək müştərilərinə innovativ və çevik maliyyə xidmətləri təqdim etməyi, beynəlxalq əməkdaşlıqları genişləndirməyi və Azərbaycanın maliyyə ekosisteminin dayanıqlı inkişafına töhfə verməyi qarşısına məqsəd qoyub.

report.az

Related posts

Rusiya Mərkəzi Bankı uçot dərəcəsini 14%-ə endirdi

İKZF 20 ildə 201 milyon manat mənfəət əldə edib

İKZF 20 ildə 201 milyon manat mənfəət əldə edib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı