Yelo Bank Aqrar İnnovasiya Festivalında iştirak edib

Fermerlərə və sahibkarlara dəstəyi ilə seçilən Yelo Bank Bərdə rayonunda böyük maraqla gözlənilən Aqrar İnnovasiya Festivalına qatılıb. Kənd Təsərrüfatı, Elm və Təhsil nazirliklərinin birgə təşkilatçılığı ilə keçirilən festivalda 1200-dən çox fermer və 300-dən çox peşə liseyi şagirdi iştirak edib. Festivalda Yelo Bank innovativ həllərlə yanaşı, aqrar təsərrüfatla məşğul olan sahibkarların ehtiyacları üçün xüsusi olaraq hazırlanmış müasir Aqro kredit kartını təqdim etdi. Bu kart fermerlerlərə çevik ödəmə imkanı, rəqabətqabiliyyətli faiz dərəcələri və eksklüziv güzəştlər təklif edir. 5000 AZN-dək kredit limiti olan Aqro kredit kartının əsas üstünlüyü güzəşt müddətinin kartla nağdlaşdırılmış hər vəsaitə şamil olunmasıdır. Qeyd edək ki, Aqro kredit kartı pulsuzdur. Kart vasitəsilə Yelo Bank ATM və ofislərindən, həmçinin Azərpoçt ATM-lərindən nağdlaşdırma komissiyasızdır.

Son illərdə sürətlə rəqəmsallaşan Yelo Bank yaxın zamanda biznes sahibləri üçün yeni məhsullar təqdim etməklə bərabər, bir sıra xidmətləri daha da təkmilləşdirəcək. Aqro kredit kartı və digər biznes təklifləri haqqında daha ətraflı: https://bit.ly/bznmhs

Aqro kredit haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın.

Yelo Bank – Parlaq bankçılıq!

Related posts

COP29 rekord göstəricilərlə Azərbaycanın iqtisadi inkişafına təkan verib-FOTO

Qırmızı Ürəklər Fondu: Xeyriyyəçilik yolunda 4 il

Xarici valyutaların Azərbaycan manatına qarşı rəsmi məzənnələri – SİYAHI

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı