Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“Yelo Bank” ASC ajanda hazırlanmasına dair texniki tender elan edir - BBN

“Yelo Bank” ASC ajanda hazırlanmasına dair texniki tender elan edir

Yelo Bank-ın Brendin İdarəedilməsi departamentinin ajanda sifarişi üçün texniki tender elan olunur. Qeyd edək ki, texniki tenderdə yalnız nümunə tələb olunur, qiymətlər təqdim edilmir. Sifarişçinin tələblərinə cavab verən nümunələr seçilmiş hesab ediləcək. Seçilmiş nümunələri hazırlayan tender iştirakçısı maliyyə tenderində iştirak etmək hüququ əldə edir.

Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:

–  Müvafiq sahədə peşəkarlığı və təcrübəsi, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi və etibarlığı olmalı;

–  Ödəmə qabiliyyəti olmalı;

–  Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı olmalı, əmlakı üzərinə həbs qoyulmamalı, ödəniş yönəlmiş girovu olmamalı;

–  Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmamalı;

–  Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;

–  Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.

Texniki şərtlər və tenderdə iştiraka dair tələblər ilə aşağıdakı linklərə keçid edərək tanış ola bilərsiniz: https://bit.ly/47DN7EU.

Bank xidmətlərinə dair əlavə suallarınız var? O zaman 981 nömrəsinə zəng edin və ya FacebookInstagram Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.

Yelo Bank – Parlaq bankçılıq!

Related posts

İcbari Sığorta Bürosu 4 yeni elektron xidməti istifadəyə verib

Azərbaycan Mərkəzi Bankı və Beynəlxalq Valyuta Fondu makroiqtisadi vəziyyəti müzakirə edib

Azərbaycan Respublikasının Mərkəzi Bankı: Pul-kredit siyasəti inflyasiyanın hədəf diapazonunda saxlanılmasına yönəlib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı