Yelo Bank aztəminatlı vətəndaşlarla bayramlaşdı

Dünya müsəlmanlarının birlik və həmrəylik rəmzi olan Qurban bayramı insanlara paylaşmağı öyrədir. Bayramın xeyirxah ənənələrini daim yaşadan Yelo Bank bu münasibətlə sosial aksiya keçirdi. 

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin birgə təşkilatçılığı ilə Bank aztəminatlı və sosial həssas qrupa aid vətəndaşlarımızla görüşüb və Qurban bayramlarını təbrik edib. Aksiyaya dəvət edilmiş hər bir kəsə Bank adından Qurban bayramı sovqatları paylanılıb.

Korporativ Sosial Məsuliyyət Yelo Bankın strategiyasının ayrılmaz hissəsidir. Bank Azərbaycan əhalisinin sosial rifahını yaxşılaşdırmaq naminə təşəbbüskar layihələrini davam etdirəcək.

Yelo Bank xalqımızı müqəddəs Qurban bayramı münasibəti ilə təbrik edir, xoşbəxtlik, firavan həyat arzulayır.

Bank xidmətləri (onlayn kreditin bank kalkulyatoru ilə hesablanması) əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram  və ya Whatsapp hesablarımıza yazın.

Yelo Bank – Parlaq bankçılıq!

Related posts

Birbank taksit kartı sahiblərinə Trendyol ödənişlərində hissəli ödəmə imkanı

Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə

Bankların xalis mənfəətinin həcminə görə renkinqi – II rüb/2024

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı