Yelo Bank “Sibos 2022” beynəlxalq konfransında iştirak edir

Oktyabrın 10-u Amsterdamda dünyanın ən nüfuzlu beynəlxalq maliyyə sərgi və konfransı olan “Sibos 2022” tədbiri start götürüb. 4 gün davam edəcək konfransın 9300-dən çox iştirakçısı arasında Yelo Bank-ın nümayəndəliyi də var. Bankı tədbirdə İdarə Heyəti sədrinin müavini Günay Cəlilova və sədr müşaviri Fəridə Pirverdiyeva təmsil edirlər. Builki konfrans dəyişkən dünya üçün proqressiv maliyyəyə həsr olunub.

Pandemiyadan sonra ilk dəfə canlı şəkildə təşkil olunan Sibos 2022 tədbirində 250-dən çox spiker maliyyə sektorunda baş verən innovativ yeniliklər, qeyri-sabit zamanlarda uğur qazanılması və davamlılığın qorunması və digər məsələlər ətrafında müzakirələr aparacaq.

Yelo Bank-ın sədr müavini Günay Cəlilovanın sözlərinə görə Sibos konfransı beynəlxalq maliyyə icması üçün xüsusi əhəmiyyət kəsb edir: “Maliyyə sektoru sürətli dəyişir. Bu dəyişikliklərə uyğunlaşan Yelo Bank da xidmət və məhsullarının, o cümlədən filialların rəqəmsallaşması istiqamətində mühüm işlər görür. Belə tədbiri dünyanın müxtəlif banklarının nümayəndələri ilə fikir mübadiləsi aparmaq, işgüzar əlaqələr qurmaq, qlobal təcrübə paylaşmaq baxımından çox əhəmiyyətli hesab edirik. Tədbirdə bir sıra xarici maliyyə təşkilatlarının görüşlərinə qatıldıq. Bu görüşlərdə maliyyə institutlarındakı innovativ trendlər, yeni texnologiyalar, çağırışlar haqqında effektiv müzakirələr aparıb, təcrübələrimizi bölüşdük. İnanıram ki, bu müzakirələr gələcək fəaliyyətimizdə çox faydalı olacaq”.

Bank xidmətləri, həmçinin, kredit kalkulyatoru haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram  və ya Whatsapp hesablarımıza yazın.

Yelo Bank – Parlaq bankçılıq!

Related posts

Xalq Bankdan Visa Infinite kartını 50% endirimlə əldə edin

Birbank taksit kartı sahiblərinə Trendyol ödənişlərində hissəli ödəmə imkanı

Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı