Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Yelo Bank Xəzərin sahilində təmizlik aksiyası keçirib - BBN

Yelo Bank Xəzərin sahilində təmizlik aksiyası keçirib

Korporativ sosial məsuliyyət Yelo Bankın strategiyasının ayrılmaz hissəsidir. Bu dəfə Bank ölkədə ekoloji mühitin inkişafı istiqamətində həyata keçirilən tədbirlərə dəstək məqsədilə Bilgəh çimərliyi ərazisində təmizlik aksiyası həyata keçirib. Onlarla Yelo Bank əməkdaşının qoşulduğu aksiya zamanı sahilyanı ərazi tullantılardan təmizlənib. Nəticədə yarım tondan çox tullantı yığılıb. Daha sonra tullantılar çeşidlənərək xüsusi konteynerlərə yerləşdirilməsi üçün təhvil verildi.

Yelo Bank-ın bu cür aksiyaların təşkilində ilkin məqsədi ekoloji vəziyyətin yaxşılaşdırılması və əhalinin maarifləndirilməsidir. Digər məqsəd isə öz əməkdaşları arasında komanda ruhunu artırmaq və ətraf mühit problemlərinin həllinə birgə çalışmaqdır. Aksiyada təkcə Yelo əməkdaşları deyil, onların ailə üzvləri də iştirak edirdilər. Qeyd edək ki, Bank bu cür təşəbbüsləri dəstəkləməyi və daha da genişləndirməyi planlayır.

Bank xidmətləri, həmçinin, istehlak krediti haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram  və ya Whatsapp hesablarımıza yazın.

Yelo Bank – Parlaq bankçılıq!

Related posts

5 limitlə işləriniz dayanmasın

ABB süni intellekt infrastrukturu üçün yeni nəsil AI serverini istifadəyə verib

Xalq Bankdan xaricdə təhsillə bağlı sərfəli təklif

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı