Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Yelo Bankda “Uşaqlar Günü” təşkil edildi - BBN

Yelo Bankda “Uşaqlar Günü” təşkil edildi

1 İyun Uşaqların Müdafiəsi günü ilə əlaqədar Yelo Bank uşaqlar üçün əyləncə, bilik və yeni tanışlıqlarla dolu xüsusi gün təşkil etdi. Tədbir Bank-ın baş ofisində həyata keçirildi. Masterklassla başlayan tədbirdə mütəxəssisin iştirakı ilə uşaqlara bitkilər haqqında məlumat, onların əkilməsi və düzgün qulluq qaydaları öyrədildi. Daha sonra uşaqların yaradıcı potensialının kəşfi üçün bitkilərə ad verdilər və dibçəkləri boyadılar.

Masterklassın ardınca tədbirin əyləncə hissəsi baş tutdu. İstirahət otağında yemək fasiləsindən sonra Bankın tədbir zalında uşaqlar üçün cizgi filmi nümayiş etdirildi. Sonda tədbirdə iştirak etmiş bütün uşaqlara sertifikat və hədiyyələr təqdim edildi.

Yelo Bank-ın müasir və rahat baş ofisi işləmək, istirahət, eyni zamanda tədbirlərin təşkili üçün geniş imkanlar yaradır. Bank sahib olduğu imkanları hərtərəfli dəyərləndirərək müxtəlif tədbirlərin həyata keçirilməsinə davam edəcək. 

Bank xidmətləri, o cümlədən, onlayn kredit haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram  və ya Whatsapp hesablarımıza yazın.

Yelo Bank – Parlaq bankçılıq!

Related posts

Rusiya Mərkəzi Bankı uçot dərəcəsini 14%-ə endirdi

“Yelo Bank” Aİ-nin sanksiya siyahısından çıxarılıb

“Yelo Bank” Aİ-nin Rusiyaya qarşı sanksiya siyahısından çıxarılıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı