Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Yeni biznes qurmaq və mövcud biznesini genişləndirmək istəyən sahibkarların nəzərinə! - BBN

Yeni biznes qurmaq və mövcud biznesini genişləndirmək istəyən sahibkarların nəzərinə!

Biznesin planlaşdırılması, marketinq, satış, bazar araşdırması, sahibkarlıq sahəsində qanunvericilik, maliyyənin və insan resurslarının idarə olunması və digər istiqamətlərdə təlim və məsləhət xidmətlərindən faydalanmaq istəyən mikro, kiçik və orta sahibkarlar, həmçinin öz biznesini qurmaq istəyən postensial sahibkarlar Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Bakı və Sumqayıt şəhərlərində fəaliyyət göstərən KOB inkişaf mərkəzlərinə müraciət edə bilərlər.

KOB inkişaf mərkəzlərində həmçinin, sahibkarlıq subyektlərinə, eləcə də startaplara, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən qadınlara, əlilliyi olan şəxslərə və gənclərə dövlətin güzəştli maliyyə resursları haqqında məlumatlandırma, KOB-ların şəbəkələşməsi və beynəlxalq proqramlarda iştirak istiqamətlərində də dəstək göstərilir.

KOB inkişaf mərkəzlərində göstərilən bütün xidmətlər ödənişsizdir.

KOB inkişaf mərkəzlərinin təlim, məsləhət və digər xidmətlərindən faydalanmış sahibkarlara biznesin sonrakı mərhələlərində də dəstək göstəriləcəkdir.

Biznes sahəsində bilik və bacarıqlarını artırmaq istəyən KOB subyektləri aşağıdakı əlaqə vasitələrindən istifadə etməklə Bakı və Sumqayıt şəhərlərində fəaliyyət göstərən KOB inkişaf mərkəzlərinə müraciət edə bilərlər.

Bakı KOB İnkişaf Mərkəzi:

Ünvan: Bakı şəhəri, S.Vurğun küçəsi, 143, “World Business Center”, 10-cu mərtəbə

Əlaqə telefonu: (+994 12) 497 07 10/11/12, mobil/watsapp: (+994 50) 225 38 88

E-mail: baki@kobim.az

Sumqayıt KOB İnkişaf Mərkəzi:

Ünvan: Sumqayıt şəhəri, Sülh küçəsi 26, Sumqayıt Biznes Mərkəzi, 2-ci mərtəbə

Əlaqə telefonu: (+994 55) 209 30 75

E-mail:sumqayit@kobim.az

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı