Hər 10 Avropa İttifaqı vətəndaşından 8-i Rusiya yanacağından asılılığı azaltmaq ilə bağlı məsələdə davam etməli olduğumuzu dəstəkləyir. 83%-ü fikirləşir ki, Rusiyanın Ukrayna əleyhinə müharibəsi yenilənəbilən enerjiyə investisiya məsələsini daha təcili edir.
BBN.az Avropa Komissiyasının rəsmi LinkedIn səhifəsinə istinadən xəbər verir ki, bu haqda “Flash Eurobarometer 514 report”da deyilib.
Avropalıların 88%-i isə Ukraynaya humanitar yardım məsələsini dəstəkləyir. 10 Avropalıdan 7-i (71%-i) isə Aİ-nin Rusiya hökuməti, şirkətləri və individuallara qarşı iqtisadi sanksiyaları müsbət qarşılayıb.