Yeni texnologiyanın tətbiqi ilə dələduzluq halları kəskin azalıb

Elektron kommersiya sahəsi tranzaksiyaların çoxluğu səbəbindən kiber dələduzluq hücumları üçün daim əlverişli platforma olub. Lakin, ötən il tətbiqinə başlanılan yeni texnologiya ilə e-kommersiya sahəsində “fraud” hallarının həcmində kəskin azalma qeydə alınıb.

3DS adlanan kibertəhlükəsizlik protokolunun tətbiqi tranzaksiyalar zamanı ödəniş kartı sahibinə daha təhlükəsiz identifikasiya imkanı tanıyır. Eyni zamanda “two-factor authentication” funksiyasına sahib olan bu protokolun ilkin tətbiqi 2020-ci ilin birinci yarısına təsadüf edir.

Cari ilin birinci yarısında həyata keçirilən “fraud” hücumlarının sayına nəzər saldıqda, ötən ilin müvafiq dövrü ilə müqayisədə 36% azalıb, 3DS protokolundan istifadə isə 600% artıb. Bu barədə statistika, Nyu-York mərkəzli araşdırma və kibercinayətlər üzrə risk menecmenti şirkəti “LexisNexis Digital Identity Network” şirkətinin hesabatında qeyd olunub.

Hesabata əsasən, 2021-ci ilin birinci yarısında maliyyə xidmətləri sektoruna 683 milyon, e-kommersiya sferasına 189 milyon, media sahəsinə isə 351 milyon “fraud” hücumuna cəhd edilib.

Related posts

“Milliön” Yevlax Xidmət Mərkəzi yerli əhalinin ixtiyarına verilib

Visa ABB-nin layihələrini mükafatlandırdı

“Uşaq Qaynar Xətti”nə son altı ayda 851 müraciət daxil olub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı