Yeni yaradılan departamentə direktor təyin edilib

Mərkəzi Bankın tərkibində yeni yaradılan dörd departamentindən birinə direktor təyin edilib.

BBN.az xəbər verir ki, istehlakçılarla iş departamentinə Xəyal Vəlixan oğlu Babayev rəhbərlik edəcək.

Məlumat üçün qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edildikdən sonra, Mərkəzi Bankda bir sıra struktur dəyişiklikləri həyata keçirilib. İstehlakçılarla iş departamenti ilə yanaşı, kapital bazarına və digər maliyyə vasitəçilərinə nəzarət, maliyyə sabitliyi, prudensial siyasət və metodologiya departamentləri yaradılıb. Bununla da, departament sayı 19-dan 23-ə yüksəldilib. Digər üç departamentin direktorları təyin olunmayıb.

Related posts

Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə

Bankların xalis mənfəətinin həcminə görə renkinqi – II rüb/2024

Visa ABB-nin layihələrini mükafatlandırdı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı