Yeni yaradılmış biznes assosiasiyası ilə onlayn görüş keçirilib

İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə yeni yaradılmış “Ticarət şəbəkələri” İctimai Birliyinə üzv olan market şəbəkələri ilə onlayn görüş keçirilib.

İqtisadiyyat nazirinin müavini Niyazi Səfərovun və KOBİA-nın nümayəndələrinin iştirak etdiyi görüşdə İctimai Birliyin fəaliyyətinin səmərəli təşkili ilə bağlı fikir mübadiləsi aparılıb, biznes assosiasiyası üzvlərinin təklifləri dinlənilib.

Onlayn görüşdə həmçinin, pandemiya şəraitində market şəbəkələrində sanitar-epidemioloji tələblərə, sosial davranış qaydalarına əməl olunması vəziyyəti müzakirə edilib, “COVID-19”la mübarizədə qaydalara riayət olunmasının vacibliyi bir daha diqqətə çatdırılıb.

Related posts

Energetika naziri Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı