Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Yerli sahibkarlar beynəlxalq geyim, moda və tekstil sərgisində iştirak edib - BBN

Yerli sahibkarlar beynəlxalq geyim, moda və tekstil sərgisində iştirak edib

Fevralın 9-11-də Türkiyənin İstanbul şəhərində keçirilmiş “İstanbul Fashion Connection” Beynəlxalq geyim, moda və tekstil sərgisində Azərbaycanın mikro və kiçik sahibkarlıq subyektləri də öz məhsul və xidmətlərini təqdim ediblər. 

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə istehsalçılar tərəfindən “Made in Azerbaijan” stendində müxtəlif geyimlər, uniformalar, çanta və aksesuarlar, parçalar, Azərbaycan kəlağayısı və digər məhsullar nümayiş olunub. Ümumilikdə Azərbaycanı sərgidə 21 mikro, kiçik və orta sahibkarlıq subyekti təmsil edib.

Sərgi çərçivəsində Azərbaycan sahibkarları istehsal etdikləri məhsulları nümayiş etdirməklə yanaşı, Türkiyə və digər ölkələrin iş adamları ilə əməkdaşlıq imkanlarına dair müzakirələr aparıblar. 

Related posts

Tələbələr arasında “Vergilər” mövzusunda ümumrespublika olimpiadası keçiriləcək

“ASAN xidmət” təcrübəsinin Tacikistanla paylaşılmasına dair müzakirələr aparılıb

WUF13 çərçivəsində KOB-ların dayanıqlı şəhər inkişafında rolu müzakirə edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı