Yevlax Pilot Aqroparkda 33 sahibkarlıq subyektinə rezidentlik statusu verilib

İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Yevlax Pilot Aqroparkda qeydiyyata alınmış 33 sahibkarlıq subyekti tərəfindən Aqroparka 51 milyon manatdan artıq investisiyanın yatırılması nəzərdə tutulur.

“Orta fermer təsərrüfatının aqrar-sənaye klasterlərinə inteqrasiyası” pilot layihəsi çərçivəsində Yevlax rayonunda 2807 hektar ərazidə Yevlax Pilot Aqroparkın qurulması istiqamətində işlər uğurla davam etdirilir.

Yevlax Pilot Aqroparka ümumilikdə 100 milyon manatdan çox özəl investisiyanın qoyulması, 500 daimi və 1000-dən artıq işçinin isə mövsümü işlərə cəlb edilməsi nəzərdə tutulur. Aqroparkda indiyədək ümumi ərazisi 1882 ha təşkil edən 33 sahibkarlıq subyektinə rezidentlik statusu verilib.

33 sahibkarlıq subyekti tərəfindən Yevlax Pilot Aqroparkına ümumilikdə 51 milyon manatdan artıq investisiyanın qoyulması, 305 daimi iş yerinin yaradılması planlaşdırılır. 2023-cü il ərzində Aqroparkın 8 rezidenti tərəfindən 868 hektar sahədə əkin işləri aparılıb. Əkin sahələrinin 687 hektarı birillik əkinlər, 159 hektarı intensiv meyvə bağları, 12 hektarı tərəvəzçilik təsərrüfatı və 10 hektarı isə tingçilik təsərrüfatıdır. Aqropark tam gücü ilə fəaliyyətə başlayandan sonra istehsal olunacaq meyvəçilik məhsullarının böyük hissəsinin ixrac edilməsi nəzərdə tutulur.

Related posts

Azərbaycan-İsrail enerji əməkdaşlığı müzakirə edilib

Taxıl sahələrinin 85 faizində biçin başa çatıb

Azərbaycanın IV Könüllü Milli Hesabatı BMT-yə təqdim edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı